“Milan”, baş məşqçi Massimiliano Alleqri ilə mübahisəsindən sonra Leaonu transfer siyahısına daxil edib.
İdman.Biz xəbər verir ki, onun sərbəst qalma məbləği 170 milyon avrodur.
“Latsio” ilə matçda Rafael əvəzlənib və bundan qəzəblənib. Əvvəlcə onu sakitləşdirməyə çalışan komanda yoldaşlarını itələyib, sonra isə Alleqrini iki dəfə özündən uzaqlaşdırıb.
“La Gazzetta dello Sport”un məlumatına görə, klub heç kimin sərbəst qalma məbləğini ödəməyəcəyini başa düşür. Buna görə də, “Milan” 80 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
