Niderland millisinin baş məşqçisi Ronald Kuman zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Yurrien Timberin yerinə “Sanderlend”in müdafiəçisi Luitsharel Gertreydanı heyətinə çağırıb.
İdman.biz bildirir ki, bu, Niderlandın heyətindəki oyunçuların sayını Kanzasdakı baza düşərgəsində 26-ya çatdırıb.
Daha əvvəllər bildirilib ki, tibbi heyətlə məsləhətləşmələrdən sonra Timber Özbəkistanla oyundan sonra Nyu-Yorkdakı təlim-məşq düşərgəsini tərk edəcək. 24 yaşlı futbolçu hələ qasıq zədəsindən tam sağalmayıb və bu da onun turnirdə iştirakını tibbi baxımdan məsləhət görmür. Zədə 14 mart 2026-cı ildə Premyer Liqada “Everton”a qarşı matçda alınıb.
Niderland dünya çempionatında Yaponiya, İsveç və Tunislə qarşılaşacaq F qrupunda mübarizə aparacaq. Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.
