PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyunundan əvvəl klubla müqaviləsinin uzadılması ilə bağlı fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, Dembelenin parislilərlə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Müqaviləmi yeniləməmək üçün heç bir səbəb yoxdur, amma qərarları mən vermirəm. Müqaviləm klubla agentim arasında müzakirə olunur. Karyeramın əvvəlindən bəri bu işdə iştirak etməmişəm”, - deyə RMC Sport Dembeledən sitat gətirir.
Bu mövsüm 27 matçda Dembele 12 qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 100 milyon avrodur.
