“Real” qarşıdakı transfer pəncərəsində “Bavariya”nın oyunçusunu transfer etməyə hazırlaşır

16 Mart 2026 20:54
126
“Real” qarşıdakı transfer pəncərəsində “Bavariya”nın oyunçusunu transfer etməyə hazırlaşır

"Real Madrid" qarşıdan gələn transfer pəncərəsində heyətini gücləndirmək üçün planlar qurur və klub “Bavariya”nın cinah oyunçusu Maykl Olise ilə maraqlanır.

İdman.Biz-in “Bild”ə istinadən məlumatına görə, “Los Blancos”un prezidenti Florentino Peres fransız futbolçunu yüksək qiymətləndirir və onun üçün 160 milyon avro təklif etməyə hazırdır.

Lakin “Bavariya”nın bu yay Oliseni satmaq planı yoxdur. Fransız futbolçu Münhen klubunda ikinci mövsümünü keçirir. Bu müddət ərzində qanad oyunçusu 93 oyunda meydana çıxıb, 35 qol vurub və 50 məhsuldar ötürmə edib.

“Bavariya”nın növbəti oyunu 18 martda UEFA Çempionlar Liqasında “Atalanta”ya qarşı olacaq. Olise sarı vərəqələrinin çoxluğu səbəbindən meydana çıxa bilməyəcək.

İdman.Biz