Türkiyə Superliqasında 26-cı turun oyunları olub.
İdman.Biz bildirir ki, “Qalatasaray” – “Başakşehir”i qəbul edib.
Oyun 3:0 “Qalatasaray”ın qələbəsi ilə bitib.
“Qalatasaray” bu qələbədən sonra xallarını 64-ə çatdıraraq liderliyini möhkəmləndirib. İkinci yerdəki “Fənərbağça”nın 57 xalı var.
“Trabzonspor” isə “Rizespor”u qəbul edib. İki Qara dəniz komandasının matçı 1:0 hesabı ilə birincilərin qələbəsi ilə yekunlaşıb.
“Trabzonspor”un hazırda 57 xalı var və komanda üçüncü yerdədir.
“Kocaelispor” isə öz meydançasında “Konyaspor”a məğlub olub – 1:2.
“Göztəpə” və “Alanyaspor” isə 2:2 hesablı heç-heçəyə razılaşıblar.
