Liqa 1: “Monako” “Brest” üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB

15 Mart 2026 02:08
303
Liqa 1: “Monako” “Brest” üzərində inamlı qələbə qazanıb

Fransa Liqa 1 mövsümünün 26-cı turunun “Monako” və “Brest” komandaları arasında keçirilən oyun başa çatıb.

Oyun Monakodakı “Stade Louis II” stadionunda baş tutdu. Ev sahibi komanda 2:0 hesablı qələbə qazanıb.

“Monako”nun yarımmüdafiəçisi Folarin Baloqun matçın ilk qolunu 19-cu dəqiqədə vurub. 80-ci dəqiqədə Aleksandr Qolovin komandasının üstünlüyünü ikiqat artıraraq hesabı 2:0 edib.

Fransa liqasında 26 oyundan sonra “Monako” 43 xala malikdir və turnir cədvəlində beşinci yerdədir. “Brest” 36 xalla 10-cu yerdədir.

00:08

Liqa 1-də orta sıralarda yer alan “Loryan” çempionluğa iddialı “Lans”ı qəbul edib.

Ev sahibləri 18-ci dəqiqədə künc zərbəsindən sonra hesabda irəli çıxıblar. Bamba Dienq fərqlənib. İkinci hissə “Lans”ın qolu ilə başlayıb - Odson Eduard hesabı 1:1 etdi. 65-ci dəqiqədə ev sahibləri yenidən hesabda irəli çıxıblar. Ayegun Tosin qol vurub – 2:1.

“Loryan” səkkizinci yerə yüksəlib, rəqibləri isə PSJ-dən bir xal geridə qalaraq ikinci yerdədirlər.

Paralel keçirilən “Anje” – “Nitsa” matçı 2:0 hesabı ilə ikincilərin qələbəsi ilə bitib.

İdman.Biz
Məqalədə: