Finalissima ləğv olunub - El Chiringuito

14 Mart 2026 22:45
102
Finalissima ləğv olunub - El Chiringuito

Argentina və İspaniyanın iştirakı planlaşdırılan 2026-cı il Finalisiması ləğv edilib.

İdman.Biz-in xəbərinə görə, bu barədə El Chiringuito sosial media saytında X məlumat verib.

Mənbənin məlumatına görə, 27 mart 2026-cı ildə Qətərin Doha şəhərindəki Lusail stadionunda keçirilməsi planlaşdırılan matç Yaxın Şərqdəki vəziyyətə görə ləğv edilib. Rəsmi açıqlama yaxın saatlarda veriləcək.

Daha əvvəl Qətər Futbol Assosiasiyasının (QFA) mətbuat xidməti bütün futbol turnirlərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.

Argentinanın bu matçda hazırkı dünya çempionu və Cənubi Amerika Kubokunun sahibi, İspaniyanın isə hazırkı Avropa çempionu kimi iştirak etməsi planlaşdırılırdı.

İdman.Biz