“Napoli” Hoylundu “Mançester Yunayted”dən alacağını açıqladı

14 Mart 2026 05:15
250
“Napoli” Hoylundu “Mançester Yunayted”dən alacağını açıqladı

“Napoli”nin idman direktoru Covanni Manna klubun mövsümün sonunda hücumçu Rasmus Hoylundu “Mançester Yunayted”dən almaq niyyətini təsdiqləyib.

İdman.Biz-in məlumatına görə, daha əvvəl “Napoli” klubunun danimarkalı futbolçunun daimi transferi üçün 44 milyon avro ödəməli olduğu bildirilirdi.

“Buna şübhə yoxdur. Rasmus burada qalacaq. Çempionlar Liqasına vəsiqə qazanacağımız təqdirdə onu “Mançester Yunayted”dən almağa borcluyuq. Amma o, bu şərtdən asılı olmayaraq, planlarımızda qalır”, - jurnalist Fabrizio Romano X sosial media səhifəsində Mannanın sözlərini sitat gətirib.

Bu mövsüm Hoylund bütün yarışlarda 35 oyunda meydana çıxıb, 13 qol vurub və dörd məhsuldar ötürmə edib. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz