Lyoris “Tottenhem”dən gedəcək

Xəbərlər
28 Dekabr 2023 22:21
146
Lyoris “Tottenhem”dən gedəcək

Uqo Lyoris “Tottenhem”i tərk etməyə hazırlaşır.

İdman.biz xəbər verir ki, fransalı qapıçı karyerasını MLS-də davam etdirə bilər.

Yayılan məlumatlara görə, Uqo “Los-Anceles”ə keçidə razılıq verib. 37 yaşlı 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxmayıb. London klubunun yeni baş məşqçisi əsas heyətdə Gilyermo Vikarioya şans verir.

Qeyd edək ki, fransalı qolkiper 2012-ci ildən “Tottenhem”də çıxış edir. Bu müddət ərzində Lyoris meydana çıxdığı 444 oyununun 151-də qapısını toxunulmaz saxlayıb.

İdman.biz