“Barselona”nın və Braziliya millisinin futbolçusu Rafinya Avstraliya ilə yoldaşlıq oyununda (4:2) zədələnib.
İdman.Biz "Reuters"ə istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) 29 yaşlı futbolçunun sağ ayağında əzələ diskomfortu hiss etməsi ilə bağlı açıqlama verib. Rafinya ilk hissədən sonra əvəzlənib və onun yerinə Endrik meydana daxil olub.
Rafinya əvəzlənənə qədər penaltini dəqiq yerinə yetirərək hesabı 2:2-yə çatdırıb.
"Mundo Deportivo"-nun məlumatına görə, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti oyundan sonra keçirilən mətbuat konfransında Rafinyanın erkən əvəzlənməsinə toxunmayıb.
