Mbappenin Türkiyə ilə oyunda meydanda qalmasının təhlükəsi üzə çıxdı

29 Sentyabr 2026 19:34
83
Mbappenin Türkiyə ilə oyunda meydanda qalmasının təhlükəsi üzə çıxdı

Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe Türkiyə ilə UEFA Millətlər Liqası matçında oynamağa davam etsəydi, cərrahiyyə əməliyyatına ehtiyac duya bilərdi.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, futbolçunun oyunu davam etdirməsi daha ciddi nəticələrə səbəb ola bilərdi və onun əməliyyat olunması ehtimalı yaranardı.

“Real” üçün xoşbəxtlikdən ən pis ssenarinin qarşısı alınıb. Buna baxmayaraq, Madrid klubunun baş məşqçisi Joze Mourinyo komandasının liderinin sağlamlığını yenidən riskə atmaq istəmir.

Bildirilir ki, portuqaliyalı mütəxəssis La Liqanın növbəti turunda “Vilyarreal”la matçda Mbappeyə tam istirahət vermək variantını nəzərdən keçirir.

Mbappe UEFA Millətlər Liqasının A Liqasının birinci turunda Türkiyə ilə qarşılaşmada zədələnib. Fransa millisinin 1:0 hesablı qələbə qazandığı görüşdə yeganə qolu 54-cü dəqiqədə məhz Mbappe vurub.

İdman.Biz