“Mançester Siti”nin Holand planı üzə çıxdı: “Su qiymətinə verməyəcəyik”

29 Sentyabr 2026 18:51
103
“Mançester Siti”nin Holand planı üzə çıxdı: “Su qiymətinə verməyəcəyik”

“Mançester Siti” maliyyə qaydalarını pozduğuna görə İngiltərə Premyer Liqasından kənarlaşdırılsa belə, Erlinq Holandı ucuz qiymətə satmaq niyyətində deyil.

İdman.Biz "Football Insider"ə istinadən xəbər verir ki, Premyer Liqadan kənarlaşdırılacağı təqdirdə belə top-klublardan heç biri norveçli hücumçunu “su qiymətinə” əldə edə bilməyəcək.

Məlumata görə, Holandın müqaviləsində “Mançester Siti”nin Premyer Liqadan düşəcəyi halda müqaviləyə vaxtından əvvəl xitam verilməsinə imkan yaradan bənd yoxdur. Bu da futbolçunun mümkün gedişinin daha bir variantını istisna edir.

Bununla belə, “şəhərlilər”in düşərgəsində anlayırlar ki, klub İngiltərə çempionatından kənarlaşdırılacağı təqdirdə Holand komandada qalıb onun elitaya qayıtmasına kömək etməyəcək.

Qeyd olunur ki, “Mançester Siti” 26 yaşlı futbolçu ilə 2034-cü ilə qədər qüvvədə olan uzunmüddətli müqavilə ilə özünü sığortalayıb.

İdman.Biz