“Real” və “Barselona”nın diqqətində olan 17 yaşlı ulduzun gələcəyi dəyişə bilər

29 Sentyabr 2026 20:18
62
“Real” və “Barselona”nın diqqətində olan 17 yaşlı ulduzun gələcəyi dəyişə bilər

Madrid “Real”ı, “Barselona” və PSJ MLS-in “Filadelfiya Yunion” futbol klubunda çıxış edən 17 yaşlı yarımmüdafiəçi Kavan Sallivanı izləyir.

İdman.Biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, amerikalı futbolçunun 18 yaşı tamam olduqdan sonra İngiltərə çempionatına keçmək üçün “Mançester Siti” ilə razılaşması var.

Lakin “şəhərlilər”ə maliyyə qaydalarının ehtimal olunan pozuntuları ilə bağlı sanksiya tətbiq ediləcəyi təqdirdə Sallivanın gələcəyi dəyişə bilər.

Sallivanın MLS klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, 17 yaşlı futbolçunun bazar dəyəri 10 milyon avrodur (20 milyon manat).

İdman.Biz