PSJ-nin prezidenti və Avropa Klublar Assosiasiyasının rəhbəri Nasser Əl-Xelayfi UEFA-nın hazırkı prezidenti Aleksander Çeferini açıq şəkildə dəstəkləyib.
İdman.Biz "SkySport" istinadən xəbər verir ki, qətərli funksioner sloveniyalı rəhbərin növbəti seçkilərdə yenidən namizədliyini irəli sürəcəyinə ümid etdiyini bildirib.
“Futbolun sizin kimi liderlərə ehtiyacı var”, – deyə Nasser Əl-Xelayfi vurğulayıb.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. O, sonuncu dəfə 2023-cü ilin yazında alternativ namizəd olmadan bu vəzifəyə yenidən seçilib.
Çeferinin UEFA prezidenti postundakı hazırkı mandatı 2027-ci ildə başa çatır.
