PSJ-nin sabiq futbolçusu bıçaqlanıb

Xəbərlər
26 Dekabr 2023 13:32
401
PSJ-nin sabiq futbolçusu bıçaqlanıb

Fransanın PSJ klubunun və Argentina millisinin sabiq futbolçusu Esekel Lavezzi bıçaqlanıb.

İdman.biz xəbər verir ki, xoşagəlməz hadisə ailə münaqişəsi zamanı baş verib.

O, Uruqvayın Xose İqnasio şəhərindəki evində qarnından bıçaqlansa da, ailə üzvləri bunu etmədiklərini deyiblər.

Lavezzini xilasedicilər yaxınlıqdakı Punta del Estedəki klinikaya aparıblar. Onun həyati təhlükəsi olmadığı bildirilir.

Qeyd edək ki, 38 yaşlı veteran futbolçu PSJ-nin heyətində 107 oyuna çıxıb və 22 qolla yadda qalıb. O, Argentina millisində isə 51 matçda rəqib qapılarına 9 dəfə yol tapıb.

İdman.biz