“İnter” Platini və Falkaonu transfer edə bilərdi: Mazzolanın gizli planları üzə çıxdı

20 Sentyabr 2026 11:45
79
“İnter” Platini və Falkaonu transfer edə bilərdi: Mazzolanın gizli planları üzə çıxdı

İtaliyanın “İnter” futbol komandasının əfsanəsi Sandro Mazzola təkcə meydandakı çıxışları ilə deyil, klub rəhbərliyində çalışdığı illərdə transfer bazarındakı fəaliyyəti ilə də yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Tuttosport” Mazzolanın vəfatından sonra onun “İnter”də rəhbər kimi çalışdığı dövrə aid maraqlı transfer detallarını açıqlayıb. Mənbəyə görə, Mazzola bir vaxtlar Mişel Platinini və Falkaonu Milan klubuna gətirməyə çalışıb.

Mazzola sonradan danışıb ki, “İnter”in keçmiş prezidenti İvanoe Fraizzoli Platininin transferindən imtina edib. Falkao ilə isə hətta imzalanmış müqavilənin mövcud olduğunu bildirib, lakin sonradan prosesə İtaliya siyasətinin tanınmış simalarından Xulio Andreottinin müdaxiləsi transferin baş tutmamasına səbəb olub.

Mazzola həmçinin Ronaldo Nazario transferinin həyata keçirilməsində də rol oynayıb və bunu rəhbərlik fəaliyyətinin ən mühüm uğurlarından biri hesab edib. Məqalədə onun Massimo Morattinin böyük xərclərinə baxmayaraq, klubun maliyyə balansını qorumağa çalışdığı da vurğulanır.

Qeyd edək ki, Sandro Mazzola bütün futbolçu karyerasını “İnter”də keçirib, İtaliya millisinin formasını geyinib və Milan derbiləri tarixində 13-cü saniyədə vurduğu qolla rekord sahibidir.

İdman.Biz