“Barselona” Xavi Espartla 2030-cu ilədək razılaşdı

20 Sentyabr 2026 10:55
104
“Barselona” Xavi Espartla 2030-cu ilədək razılaşdı

İspaniyanın “Barselona” futbol komandası Xavi Espartla yeni müqavilə barədə razılığa gəlib.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. Tərəflər arasında danışıqlar yekunlaşıb və futbolçunun agentləri ilə razılıq əldə edilib. Rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.

Yeni müqaviləyə əsasən, Espartın maaşı artırılacaq və onun klubla əməkdaşlıq müddəti daha iki il uzadılacaq. Hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Barselona”nın idman direktoru Deku klubun Baş Assambleyasında Espartla yanaşı Rafinya və Mark Bernalın da yeni müqavilələri üzrə razılıqların əldə edildiyini açıqlayıb.

Espart “Barselona” akademiyasının yetirməsidir və 2015-ci ildən klubun sistemində çıxış edir. O, yarımmüdafiənin müxtəlif mövqelərində və cinah müdafiəçisi kimi oynaya bilir.

İdman.Biz