“Mançester Siti” 2025-ci ildə ən çox transfer xərci çəkən klubların siyahısında birinci yerdədir

29 Yanvar 2026 01:27
125
“Mançester Siti” 2025-ci ildə ən çox transfer xərci çəkən klubların siyahısında birinci yerdədir

FİFA 2025-ci ildə ən çox transfer xərci çəkən klublar haqqında məlumatları dərc edib.

İdman.Biz xəbər verir ki, “Mançester Siti” ən çox pul xərcləyən klubdur, “Liverpul” ikinci, “Çelsi” isə üçüncü yerdədir. FİFA konkret xərcləmə rəqəmlərini açıqlamayıb.

Aşağıdakı komandalar transfer xərclərinə görə ilk 20 klubun siyahısına daxil olub:

1. “Mançester Siti”, İngiltərə.
2. “Liverpul”, İngiltərə.
3. “Çelsi”, İngiltərə.
4. “Bayer”, Almaniya.
5. “Leypsiq”, Almaniya.
6. “Sanderlend”, İngiltərə.
7. “Vulverhempton”, İngiltərə.
8. “Tottenhem”, İngiltərə.
9. “Arsenal”, İngiltərə.
10. “Nottingem Forest”, İngiltərə.
11. “Komo”, İtaliya.
12. “Milan”, İtaliya.
13. “Real Madrid”, İspaniya.
14. “Strasburq”, Fransa.
15. “Mançester Yunayted”, İngiltərə.
16. “Fənərbağça”, Türkiyə.
17. “Qalatasaray”, Türkiyə.
18. “Bornmut”, İngiltərə.
19. “Nyukasl”, İngiltərə.
20. “Marsel”, Fransa.

İdman.Biz