La Liqa: “Espanyol”un qələbə həsrəti davam edir

15 Mart 2026 19:28
50
La Liqa: “Espanyol”un qələbə həsrəti davam edir

İspaniya La Liqasının 28-ci turunda “Espanyol” səfərdə “Malyorka”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı geridönüş qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 36-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi Şarl Pikel açıb. Lakin 54-cü dəqiqədə qolun müəllifi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Say üstünlüyündən yararlanan “Malyorka” 65-ci dəqiqədə Pablo Torrenin qolu ilə tarazlığı bərpa edib. Matçın sonuna yaxın, 88-ci dəqiqədə isə Samuel Koşta komandasına qələbə qazandıran topu tora qovuşdurub.

Bu məğlubiyyətlə “Espanyol” (37 xal) qələbəsiz oyunlar seriyasını 11 matça çatdırsa da, hələlik turnir cədvəlində yeddinci pillədədir. Beş oyunluq uğursuz seriyasına son qoyan “Malyorka” (28 xal) isə 16-cı mövqeyə yüksəlib.

İdman.Biz