Premyerliqa: “Mançester Yunayted” üçün möhtəşəm qələbə - VİDEO

15 Mart 2026 20:06
110
Premyerliqa: “Mançester Yunayted” üçün möhtəşəm qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 30-cu turunda turnir cədvəlinin üst sıraları üçün həlledici əhəmiyyət kəsb edən matç baş tutub. “Mançester Yunayted” öz meydanında “Aston Villa”nı qəbul edib və 3:1 hesablı inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kazemiro hesabı açaraq meydan sahiblərini önə keçirib. Qonaqlar 64-cü dəqiqədə Ross Barklinin qolu ilə tarazlığı bərpa etsələr də, bu, xal qazanmaq üçün kifayət etməyib. 71-ci dəqiqədə Mateus Kunya, 81-ci dəqiqədə isə Benjamin Şeşko fərqlənərək matçda son nöqtəni qoyublar.

Bu qələbədən sonra xallarının sayını 54-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 51 xalı olan “Aston Villa” isə dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, növbəti turda “qırmızı şeytanlar” martın 20-də səfərdə “Bornmut”la qarşılaşacaq. Birmingem təmsilçisi isə martın 22-də “Vest Hem Yunayted”i qəbul edəcək.

Paralel keçən "Kristal Palas" - "Lids Yunayted""Nottinqem Forest" - "Fulhem" oyunlarında hesab açılmayıb. Bu nəticələrdən sonra "Kristal Palas" 39 xalla 14-cü, "Lids Yunayted" 32 xalla 15-ci, "Nottinqem Forest" 29 xalla 17-ci, "Fulhem" isə 41 xalla 11-cidir.

İdman.Biz