İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares “Arsenal”la oyunda aldığı zərbə nəticəsində meydanı vaxtından əvvəl tərk edib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu ayağına dəyən güclü zərbədən sonra kəskin ağrılar hiss etdiyi üçün oyunu davam etdirə bilməyib. İlkin ehtimallara görə, ulduz oyunçunun zədəsi ciddi deyil və söhbət sadəcə əzilmədən gedir.
Klubun rəsmisi Mateu Alemani də futbolçunun vəziyyəti ilə bağlı nikbin danışıb:
“Xulian Alvaresin yaşadığı narahatlıq, çox güman ki, ciddi deyil. Hamımız buna ümid edirik. Bir neçə oyunçumuz meydanda bütün gücünü qoyub. İndi qarşıda bizi gözləyən finala hazırlaşmaq üçün altı gün vaxtımız var və bu hələ hər şey deyil”.
Baş məşqçi Dieqo Simeone də bu barədə danışarkən “heç zaman ümidini itirmədiyini” söyləyib.
