İngiltərənin “Liverpul” futbol komandasının və Misir millisinin hücumçusu Məhəmməd Salahın zədəsi ilə bağlı xoş xəbər yayılıb. Təcrübəli oyunçunun bud nahiyəsindən aldığı zədənin ciddi olmadığı və onun bu mövsüm bitmədən yenidən yaşıl meydanlara qayıdacağı məlum olub.
İdman.Biz xəbər verir ki, misirli futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə biləcək. Bu isə o deməkdir ki, ulduz hücumçu “Liverpul” formasını sonuncu dəfə geyinmək və azarkeşlərlə lazımi səviyyədə vidalaşmaq şansı əldə edəcək.
Qeyd edək ki, Salahın gələcək karyerası ilə bağlı müxtəlif iddialar olsa da, onun cari mövsümün sonuna qədər meydanda olması Mersisayd təmsilçisi üçün böyük üstünlük hesab olunur.
