İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta təyin olunmayan penalti epizoduna görə qarşılaşmanın hakimlərinə qarşı sərt ifadələr işlədib.
İdman.Biz xəbər verir ki, mütəxəssis David Qantskonun iştirakı ilə baş verən mübahisəli məqamın yanlış qiymətləndirildiyini düşünür. O, oyundan sonra bu barədə fikirlərini bölüşərkən qərarın qaydalara zidd olduğunu vurğulayıb.

“Paltardəyişmə otağına qayıtdım, uşaqlarla danışdım və biz birlikdə həmin epizodu yenidən izlədik. Mən son dərəcə məyus və hiddətliyəm1 Bu, qaydalara zidd idi. Hakimin qərarını başa düşmürəm. Çox üzgünəm”, - deyə Arteta söyləyib.
