İspaniyanın “Atletiko” və İngiltərənin “Arsenal” futbol komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Madrid klubunun hücumçusu Antuan Qrizman matçın ən yaxşı oyunçusu seçilib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb və komandalar onbirmetrlik cərimə zərbələri ilə qol mübadiləsi aparıblar.
Oyunda hesabı 44-cü dəqiqədə London klubunun hücumçusu Viktor Gyökereş açıb, ikinci hissədə isə Xulian Alvares 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.
UEFA-dan bildirilib ki, Qrizman təsirli oyun nümayiş etdirib, kombinasiyalı oyunda fəal iştirak edib, tərəfdaşları ilə yaxşı qarşılıqlı əlaqə qurub, təhlükəli vəziyyətlər yaradıb və komandasına müdafiədə kömək edib.
Qeyd edək ki, “Atletiko” və “Arsenal” arasındakı cavab qarşılaşması mayın 5-də Londonda baş tutacaq.
