“Qarabağ” portuqaliyalı müdafiəçi üçün 1,5 milyon avro xərcləyəcək

30 Aprel 2026 01:43
148
“Qarabağ” portuqaliyalı müdafiəçi üçün 1,5 milyon avro xərcləyəcək

Ağdamın “Qarabağ” futbol komandası yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə Portuqaliyadan transfer həyata keçirməyə yaxındır.

İdman.Biz “A Bola” nəşrinə istinadla xəbər verir ki, klub Portuqaliyanın “Kaza Piya” futbol komandasının mərkəz müdafiəçisi Joau Qulartın keçidi ilə bağlı razılıq əldə edib. İyirmi altı yaşlı futbolçunun cari mövsüm başa çatdıqdan sonra Azərbaycan təmsilçisinə qoşulacağı gözlənilir.

Mənbənin məlumatına görə, bu transfer “Qarabağ”a təxminən 1,5 milyon avroya (3 milyon AZN) başa gələcək.

Qeyd olunur ki, Ağdam klubu növbəti mövsüm ərəfəsində heyətdə ciddi yenidənqurma işləri aparmağı planlaşdırır və müdafiə xəttinin gücləndirilməsini əsas hədəflərdən biri kimi nəzərdən keçirir.

İdman.Biz