“Arsenal”ın “Atletiko”ya qazon etirazı: UEFA dərhal yoxlama aparıb

30 Aprel 2026 00:49
126
“Arsenal”ın “Atletiko”ya qazon etirazı: UEFA dərhal yoxlama aparıb

Londonun “Arsenal” futbol komandası UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin yarımfinal oyunu öncəsi “Atletiko”ya qarşı qazonun vəziyyəti ilə bağlı UEFA-ya şikayət edib.

İdman.Biz “Football London” nəşrinə istinadla xəbər verir ki, İngiltərə klubunun nümayəndələri “Riyad Eyr Metropolitano” stadionunda otun hündürlüyünün yoxlanılmasını xahiş ediblər. Şikayət görüşün başlamasına iki saat qalmış təqdim olunub.

Mənbənin məlumatına görə, “topçular” qazonun hündürlüyünün 30 mm-dən çox olmaması və bütün səth boyu eyni olması barədə reqlamentə əməl edildiyinə şübhə ediblər. UEFA tərəfindən aparılan yoxlamadan sonra otun uzunluğunun 26 mm olduğu və normalara uyğun gəldiyi müəyyən edilib.

Qeyd olunur ki, əvvəllər İspaniyanın “Barselona” futbol komandası da eyni stadionda keçirilən oyundan əvvəl oxşar şikayət etsə də, o zaman da, indi olduğu kimi, heç bir qayda pozuntusu aşkar olunmayıb.

İdman.Biz