Gyökereş Çempionlar Liqasının tarixinə düşüb - VİDEO

30 Aprel 2026 01:19
172
Gyökereş Çempionlar Liqasının tarixinə düşüb - VİDEO

İngiltərənin “Arsenal” futbol komandasının hücumçusu Viktor Gyökereş UEFA Çempionlar Liqasında tarixi nailiyyətlə yadda qalıb.

İdman.Biz “Opta Sports” nəşrinə istinadla xəbər verir ki, “Atletiko”ya qarşı keçirilən ilk yarımfinal matçında fərqlənən forvard turnirin bu mərhələsində qol vuran birinci isveçli futbolçu olub. Qol qarşılaşmanın 44-cü dəqiqəsində vurulub.

Qeyd olunur ki, əvvəllər isveçli oyunçular Çempionlar Liqasının finallarında da qol vurmağa müvəffəq olmayıblar.

“Arsenal” və “Atletiko” arasındakı cavab oyunu mayın 5-də Londondakı “Emireyts” stadionunda keçiriləcək.

İdman.Biz