Markus Reşfordun transferində yeni rəqib var

29 Aprel 2026 23:59
115
Markus Reşfordun transferində yeni rəqib var

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşfordun karyerasını harada davam etdirəcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb. Hazırda “Tottenhem” 28 yaşlı vingerin xidmətində maraqlıdır.

İdman.Biz “Diario Sport” nəşrinə istinadla xəbər verir ki, futbolçunun transferi üçün İspaniyanın “Barselona” futbol komandası iddialı olsa da, Kataloniya təmsilçisi onun birdəfəlik transferinə şübhə ilə yanaşır. Bu vəziyyət London klubunun şanslarını artırsa da, sövdələşmə bir mühüm şərtdən asılıdır. Belə ki, Markus Reşfordun “Tottenhem”ə keçidi komandanın İngiltərə Premyerliqasında qalıb-qalmayacağına görə dəyişə bilər.

İdman.Biz