Alvares Çempionlar Liqasında Messinin rekordunu qırıb - VİDEO

30 Aprel 2026 03:22
385
Alvares Çempionlar Liqasında Messinin rekordunu qırıb - VİDEO

İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında tarixi nailiyyət əldə edib.

İdman.Biz “Opta” nəşrinə istinadla xəbər verir ki, “Arsenal” ilə matçda penaltidən vurduğu qol argentinalı üçün turnirdə 25-ci olub. Bu rəqəmə çatmaq üçün Alvaresə 41 oyun kifayət edib ki, bu da Cənubi Amerikalı futbolçular arasında ən yaxşı göstəricidir.

Beləliklə, forvard Çempionlar Liqasında 25 qol vurmaq üçün 42 oyuna ehtiyac duyan Lionel Messinin nəticəsini geridə qoyub.

İdman.Biz