İngiltərənin “Mançester Yunayted” futbol komandası Türkiyə milli komandasının və “Brayton”un müdafiəçisi Ferdi Kadıoğlunu yaxından izləyir. “Qırmızı şeytanlar”ın skautları 26 yaşlı futbolçunun dözümlülüyü və hücumlara effektiv qoşulmasından heyran qalıblar.
İdman.Biz “TEAMtalk” nəşrinə istinadla xəbər verir ki, “Brayton” rəhbərliyi digər klubların marağını soyutmaq üçün türkiyəli müdafiəçi üçün 42 milyon funt-sterlinq (təxminən 94 milyon AZN) tələb etmək niyyətindədir.
Qeyd edək ki, sol müdafiəçi mövqeyində çıxış edən Kadıoğlu karyerası ərzində nümayiş etdirdiyi sabit oyunla İngiltərə Premyerliqasının ən diqqətçəkən müdafiəçilərindən birinə çevrilib.
