İtaliyalı azarkeş komandasını görmək üçün 1600 km yol gedib

30 Aprel 2026 07:12
346
İtaliyalı azarkeş komandasını görmək üçün 1600 km yol gedib

İtaliyalı futbolsevər Andrea Lay yeddi il ərzində virtual məkanda rəhbərlik etdiyi Şimali İrlandiyanın “Kolreyn” futbol komandasını nəhayət canlı görüb. 39 yaşlı “Football Manager” həvəskarı bu görüş üçün evindən 1600 kilometr uzaqlığa səfər edib.

İdman.Biz BBC-yə istinadla xəbər verir ki, italiyalı azarkeşin məhz bu klubu seçməsinin səbəbi sirr qalsa da, o, komandaya dərindən bağlanıb.

Uzun müddətdir planlaşdırdığı səfəri reallaşdıran Andrea duyğularını belə ifadə edib:

“Bu, mənim üçün çox vacib idi. İllərdir bura gəlmək barədə düşünürdüm, lakin məsafə çox uzaq idi”.

Onun gəlişi komanda üçün də uğurlu olub. “Kolreyn” rəqibi üzərində 6:2 hesablı darmadağınla qələbə qazanıb. Matçdan sonra Andrea virtual dünyada idarə etdiyi futbolçularla real həyatda görüşüb, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.

İdman.Biz