Avropa Liqası: “Nottingem Forest” və “Braqa”dan qələbə - YENİLƏNİB + VİDEO

1 May 2026 00:59
970
Avropa Liqası: “Nottingem Forest” və “Braqa”dan qələbə

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, “Nottingem Forest” evdə “Aston Villa”nı qəbul edib. Meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0.

71-ci dəqiqədə Kris Vuud “Nottingem Forest”in yeganə qolunu vurub.

Digər qarşılaşmada “Braqa” “Frayburq”la rastlaşıb. Matç 2:1 Portuqaliya klubunun qələbəsi ilə bitib.

Oyunda hesabı 8-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Demir Tiknaz açıb. 16-cı dəqiqədə Vinçenso Qrifo hesabı bərabərləşdirib. 90+2-də Mario Dorjeles meydan sahiblərinin qələbə topunu vurub.

Cavab görüşləri mayın 7-də olacaq.

09:25

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Nottingem Forest” evdə “Aston Villa”nı, “Braqa” isə “Frayburq”u qəbul edəcək.

Hər iki qarşılaşmaya Bakı vaxtilə saat 23:00-da start veriləcək.

İngiltərə Premyer Liqası təmsilçilərinin duelini Joao Pinherio, “Braqa” - “Frayburq” qarşılaşmasını isə Antoni Teyler idarə edəcək.

Komandalar arasında cavab oyunu mayın 7-də keçiriləcək.

İdman.Biz