Londonun “Arsenal” klubunun futbolçusu Qabriel Douman “Atletiko Madrid”lə qarşılaşma zamanı “Riyad Eyr Metropolitano” stadionunda sərgilədiyi qeyri-adi hərəkətlə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, futbolçu Madrid təmsilçisinin stadionundan azarkeşlərin meydana atdığı tualet kağızlarından bir rulonu oyundan sonra götürüb.
Doumanın bu addımı hansı məqsədlə atdığı isə məlum deyil.

