"Əl-Əhli" klubunun türkiyəli müdafiəçisi Merih Demiral Səudiyyə Ərəbistanı çempionatında "Ən-Nasr"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra hakimliklə bağlı açıq danışıb.
İdman.Biz xəbər verir ki, M.Demiralın klubu Kriştianu Ronaldu və Kinqsli Komanın müvafiq olaraq 76-cı və 90-cı dəqiqələrdə vurduqları qollar sayəsində 2:0 hesabı ilə məğlub olub.
"Bu, sözün həqiqi mənasında dəli hakimlik idi. Sadəcə mənim ayağıma baxın! Bütün qərarlar "Ən-Nəsr"in xeyrinə verilirdi. Onlara hər mövsüm kömək edirlər. Bu, sadəcə inanılmazdır. Biz "Əl-Əhli"yik və hər zaman heç bir kənar yardım olmadan titullar uğrunda mübarizə apardığımız üçün fəxr edirik", – deyə Demiral bildirib.
Qeyd edək ki, “Əl-Nəsr” 79 xalla turnir cədvəlinə başçılıq edir, “Əl-Əhli” isə 66 xalla üçüncü pillədə qərarlaşıb.
