Nəriman Axundzadə 90 dəqiqə meydanda: “Kolumbus Kryu” qalib gəldi

30 Aprel 2026 09:45
158
Nəriman Axundzadə 90 dəqiqə meydanda: “Kolumbus Kryu” qalib gəldi

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, sözügedən komanda Birinci Liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb.

5 qolun vurulduğu matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb - 4:1.

Nəriman Axundzadə oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kryu” bu qələbə ilə 1/4 finala yüksəlib.

İdman.Biz