Futbol üzrə Avropanın aparıcı ölkə çempionatlarında bu gün növbəti turun oyunları baş tutacaq.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası, Fransa Liqa 1 və Türkiyə Superliqasında ümumilikdə 20 matç keçiriləcək.
Günün ən çox maraq doğuran qarşılaşması İngiltərədə təşkil olunacaq. “Liverpul” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. İspaniyada “Barselona” “Vilyarreal”la, İtaliyada isə “Atalanta” “İnter”lə münasibətlərə aydınlıq gətirəcək.
Türkiyədə də azarkeşləri maraqlı görüşlər gözləyir. “Beşiktaş” “Konyaspor”un qonağı olacaq, “Trabzonspor” isə “Eyüpspor”u qəbul edəcək.
22 noyabrın oyun proqramı:
(Bütün saatlar Bakı vaxtı ilə göstərilib)
İngiltərə Premyer Liqası
18:00 “Hall Siti” - “Brayton”
20:30 “Liverpul” - “Mançester Yunayted”
İspaniya La Liqası
17:00 “Barselona” - “Vilyarreal”
19:15 “Rasinq Santander” - “Real Sosyedad”
21:30 “Osasuna” - “Malaqa”
23:59 “Xetafe” - “Atletiko” (Madrid)
İtaliya A Seriyası
15:30 “Yuventus” - “Venesiya”
18:00 “Bolonya” - “Udineze”
18:00 “Sassuolo” - “Cenoa”
21:00 “Milan” - “Frozinone”
23:45 “Atalanta” - “İnter”
Almaniya Bundesliqası
18:30 “Auqsburq” - “Maynts”
20:30 “Verder” - “Hamburq”
Fransa Liqa 1
18:00 “Paris” - “Anje”
20:15 “Loryan” - “Renn”
23:45 “Marsel” - “Le Man”
Türkiyə Superliqası
14:30 “Erzurumspor” - “Göztəpə”
17:00 “Kasımpaşa” - “Alanyaspor”
17:00 “Konyaspor” - “Beşiktaş”
20:00 “Trabzonspor” - “Eyüpspor”
