Konfrans Liqası: “Şaxtyor Donetsk” “Kristal Palas”a məğlub oldu - YENİLƏNİB + VİDEO

1 May 2026 01:07
1 057
Konfrans Liqası: “Şaxtyor Donetsk” “Kristal Palas”a məğlub oldu

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, “Rayo Valyekano” öz meydanında “Strasburq”la ilə üz-üzə gəlib.

54-cü dəqiqədə Aleşandre Juravski meydan sahiblərinin yeganə qolunu vurub - 1:0.

Digər yarımfinal matçında isə Arda Turanın çalışdırdığı “Şaxtyor Donetsk” “Kristal Palas” ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə ingilis klubunun xeyrinə qurtarıb.

1-ci dəqiqədə İsmaila Sarr qonaqları önə çıxarıb. 47-ci dəqiqədə Oleq Oçeretko hesabı bərabərləşdirib. 58-ci dəqiqədə Daiti Kamada qonaqların ikinci qolunu vurub. 85-ci dəqiqədə Yörgen Strann Larsen qonaqların üçüncü qoluna imza atıb.

Cavab görüşləri mayın 7-də olacaq.

09:36

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, İspaniya təmsilçisi “Rayo Valyekano” öz meydanında Fransanın “Strasburq” komandası ilə üz-üzə gələcək.

Digər yarımfinal matçında isə türkiyəli baş məşqçi Arda Turanın çalışdırdığı “Şaxtyor Donetsk” İngiltərə Premyer Liqası təmsilçisi “Kristal Palas” ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunları mayın 7-də keçiriləcək.

İdman.Biz