U-23 Avropa çempionatı: Bu gün Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq

14 Mart 2026 10:39
131
U-23 Avropa çempionatı: Bu gün Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq), bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç İştvan Sinayla üz-üzə gələcək.

Təsəlliverici görüşdə İlkin Qurbanov (63 kq) fransalı Lukas Lo Qrassonu sınağa çəkəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev isə (97) xorvatiyalı Tomislav Brkanla güləşəcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal sahibi olublar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq

İdman.Biz