U15 millimizdən Avropa çempionatında ikisi qızıl olmaqla altı medal - YENİLƏNİB

24 May 2026 13:40
900
U15 millimizdən Avropa çempionatında ikisi qızıl olmaqla altı medal - YENİLƏNİB

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.

İdman.Biz xəbər verir ki, son yarış günündə beş sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.

Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.

Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.

Beləliklə, sərbəst güləş Azərbaycan millisi qitə birinciliyində altı medal əldə edib.

Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

13:32

Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin daha iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Adəm Quliyev final görüşünə çıxıb.

Təmsilçimiz həlledici qarşılaşmada Rusiya təmsilçisi Badruddin Maqomedova 7:9 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Quliyev U15 Avropa çempionatını gümüş medalla başa vurub.

44 kq-da çıxış edən Məhəmməd Kərimov isə bürünc medal görüşündə uğurlu nəticəyə imza atıb. Azərbaycan güləşçisi Belarus təmsilçisi Aleksandr Hamovu 16:6 hesabı ilə tam üstünlüklə məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin 38 kq çəki dərəcəsində çıxış edən üzvü Yusif Abdullayev də finalda Gürcüstan təmsilçisi Rezi Yobidzeni 10:0 hesabı ilə üstələyərək Avropa çempionu olub. 41 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Elman İsmayılov isə gümüş medal qazanıb.

13:12

Azərbaycanın sərbəst güləşçisi Elman İsmayılov Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, 41 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Bolqarıstan təmsilçisi Simyon Velikovla qarşılaşıb.

Həlledici görüşdə rəqibinə 4:15 hesabı ilə məğlub olan Elman İsmayılov Avropa çempionatını ikinci pillədə başa vurub.

Qeyd edək ki, güləşçimiz finala qədər inamlı çıxış edib. O, Gürcüstan təmsilçisi Giorgi Kavelidzeni və belaruslu Yevgeni Latantsovu tuşla məğlub edib, yarımfinalda isə Ermənistan təmsilçisi Tiqran Ağacanyana 11:0 hesabı ilə qalib gəlib.

12:37

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.

Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.

11:08

Bolqarıstanın Samokov şəhərində U-15 Avropa güləş çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin beş üzvü bu gün mübarizəni davam etdirəcək. Onlardan üçün qızıl, ikisi isə bürünc medal uğrunda güləşəcək.

38 kq çəki dərəcəsində mübarizə aparan Yusif Abdullayev ardıcıl üç qələbə qazanıb. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə üstələyib. Abdullayev finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşacaq.

41 kq-da çıxış edən Elman İsmayılov da həlledici görüşə vəsiqə qazanıb. O, Gürcüstan təmsilçisi Giorgi Kavelidzeni və belaruslu Yevgeni Latantsovu tuşla məğlub edib. İsmayılov yarımfinalda Ermənistan təmsilçisi Tiqran Ağacanyanı 11:0 hesabı ilə üstələyib. Güləşçimiz finalda Bolqarıstan təmsilçisi Simyon Velikovla üz-üzə gələcək.

44 kq-da Məhəmməd Kərimov Polşa təmsilçisi Qabriel Mateykoya 10:0, Ermənistan təmsilçisi Aleks Qazaryana 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabı ilə uduzub. Kərimov bürünc medal uğrunda güləşəcək.

52 kq-da Adəm Quliyev finala yüksələn digər təmsilçimiz olub. O, Bolqarıstan təmsilçisi Petro Karlanqaçı 12:0, Ermənistan təmsilçisi Narek Dallakyanı 6:2, israilli Ron Brilmanı isə 10:0 hesabı ilə məğlub edib. Quliyev finalda Badruddin Maqomedovla qarşılaşacaq.

62 kq-da Yusif Hüseynov Türkiyə təmsilçisi Yusuf Ayazı 13:0, Ermənistan təmsilçisi Mer Papikyanı 8:6 hesabı ilə üstələyib. O, yarımfinalda Gürcüstan təmsilçisi İoane Qavaşelişviliyə 3:5 hesabı ilə məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz