Bakıda keçiriləcək U-17 dünya çempionatında 60 ölkədən güləşçilərin iştirakı gözlənilir

13 İyul 2026 18:13
117
Bakıda keçiriləcək U-17 dünya çempionatında 60 ölkədən güləşçilərin iştirakı gözlənilir

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak üçün indiyədək qeydiyyatdan keçən ölkələrin sayı məlum olub.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, ilkin iştirak ərizələrinə əsasən, turnirdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə ümumilikdə 60 ölkədən 669 idmançı mübarizə aparacaq.

Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz