Güləş Federasiyasının məşqçisi və Birləşmiş Dünya Güləşinin (UWW) məşqçi təlimçisi Oyan Nazariani Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Milli Məşqçilərin İnkişafı Akademiyası - Milli İdman Elmləri Universiteti Beynəlxalq Məşqçilik Mükəmməlliyi Mərkəzinin (NCDA - NSSU ICCE Coach Developer Academy) proqramının birinci əyani mərhələsini uğurla başa vurub.
İdman.Biz xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə həyata keçirilən bu təşəbbüsdə iştirak edən Oyan Nazariani məşqçi hazırlığı və inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübə və biliklər əldə edib.
Proqramın növbəti mərhələsi onlayn formatda davam edəcək.


