Bolqarıstanın Samokov şəhərində U-15 Avropa güləş çempionatı davam edir.
İdman.Biz bildirir ki, 85 kq-da çıxış edən Elvin Nəcəfzadə finalda rusiyalı İbragim Maqomedova 5:4 hesabıyla qalib gələrək U15 Avropa çempionu olub.
36 kq-da çıxış edən Gülay Xasməmmədova isə finalda rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medal qazanıb.
Daha beş güləşçimizin də medal qazanmaq şansı var.
Belə ki, Yusif Abdullayev (38 kq) yarımfinalda belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gələrək finala yüksəlib.
Elman İsmayılov (41 kq) yarımfinalda ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək finala yüksəlib.
Adəm Quliyev (52 kq) yarımfinalda israilli Ron Brilmana (10:0) qalib gələrək finala yüksəlib.
Məhəmməd Kərimov (44 kq) yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Yusif Hüseynov (62 kq) yarımfinalda gürcüstanlı İoane Qavaşelişviliyə 3:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
