Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri qadın və sərbəst güləş üzrə yarımfinal mərhələsində mübarizə aparacaqlar.
Qadın güləşində 36 kq çəki dərəcəsində çıxış edən Gülay Xasməmmədova final uğrunda ukraynalı Oleksandra Sozinova ilə qarşılaşacaq.
Sərbəst güləşdə isə 85 kq çəki dərəcəsində Elvin Necəfzadə yarımfinalda Türkiyə təmsilçisi Poyraz Bilginlə üz-üzə gələcək.
Qeyd edək ki, U-15 Avropa çempionatına mayın 24-ü yekun vurulacaq və Azərbaycan yarışda yunan-Roma, sərbəst və qadın güləşi üzrə təmsil olunur.
