Avropa Liqası: “Frayburq”dan minimal qələbə, “Nottingem Forest”dan gözlənilməz məğlubiyyət - YENİLƏNİB + VİDEO

13 Mart 2026 02:08
717
Avropa Liqası: “Frayburq”dan minimal qələbə, “Nottingem Forest”dan gözlənilməz məğlubiyyət

Belçikanın “Genk” və Almaniyanın “Frayburq” komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başa çatıb.

Oyun Belçikanın Genk şəhərindəki “Segeka Arena”da baş tutub. Meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Yeganə qolu 24-cü dəqiqədə Zəkəriyyə Əl-Vahdi vurub.

Avropa Liqasının 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:

“Selta” – “Lion” – 1:1

“Ferentsvaroş” – “Braqa” – 2:0

“Nottingem Forest” – “Midtyulland” – 0:1

23:53

“Bolonya” və “Roma” arasında Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başa çatıb. Oyun Bolonyadakı “Renato Dall'Ara” stadionunda keçirilib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

“Bolonya”nın hücumçusu Federiko Bernardeski matçın ilk qolunu 50-ci dəqiqədə vurub. “Roma”nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini isə 71-ci dəqiqədə bərabərlik qolunu vurub.

Avropa Liqasının 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:

“Lill” – “Aston Villa” – 0:1

“Panatinaikos” – “Betis” – 1:0

“Ştutqart” – “Portu” - 1:2

09:32

Bu gün - 12 mart tarixində həm UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

İdman.Biz keçiriləcək oyunların cədvəlini təqdim edir:

UEFA Avropa Liqası (1/8 final, ilk oyunlar)

21:45 “Bolonya” - “Roma”
21:45 “Lill” - “Aston Villa”
21:45 “Panatinaikos” - “Real Betis”
21:45 “Stutqart” - “Portu”
23:59 “Ferentsvaroş” - “Sportinq Braqa”
23:59 “Genk” - “Frayburq”
23:59 “Selta” - “Lion”
23:59 “Nottinqem Forest” - “Midtyulland”

İdman.Biz