“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola ABŞ milli komandasına rəhbərlik etməyə çox yaxındır.
İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssislə gələn həftə ilkin danışıqlar aparmağı planlaşdırır.
Qvardiola hazırkı baş məşqçi Maurisio Poçettinonu əvəzləməyə əsas namizəd kimi müəyyənləşdirilib. Kataloniyalı mütəxəssisin də bu təklifə müsbət yanaşdığı bildirilir. Bununla belə, tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir və hər hansı razılıq əldə olunmayıb.
Poçettino isə yaxın günlərdə ABŞ millisini KONKAKAF Millətlər Liqasının 1/4 finalında Haiti ilə qarşılaşmalara çıxaracaq. Bundan sonra argentinalı mütəxəssisin İngiltərəyə yollanaraq gələn çərşənbə günü “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini icra etməyə başlayacağı gözlənilir.
