Azərbaycan millisinin heyətində Lixtenşteynlə oyun öncəsi dəyişiklik edilib.
İdman.Biz xəbər verir ki, 23 nəfərlik heyətdə yer alan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
