Azərbaycan Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq

15 Mart 2026 09:49
69
Azərbaycan Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq

Misli Premyer Liqasının 24-cü turunun son oyunuda “Qəbələ” “Neftçi”ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, saat 18:00-da Qəbələ şəhər stadionunda start götürəcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

“Qəbələ” 15 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. 31 xala malik “Neftçi” isə üçüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
15 mart (bazar)
18:00. “Qəbələ” - “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

İdman.Biz