Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək

15 Mart 2026 09:21
95
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turuna iki oyunla yekun vurulur. İlk oyun “Kəpəz” və “Turan Tovuz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşma Yevlax şəhər stadionunda keçiriləcək.

“Kəpəz” 17 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 44 xala malik “Turan Tovuz” isə üçüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
15 mart (bazar)
15:00. “Kəpəz” - “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

İdman.Biz