Füzuli Məmmədov: “Rəqibin belə rahat qol vuracağını gözləmirdik”

Füzuli Məmmədov: “Rəqibin belə rahat qol vuracağını gözləmirdik”

“Oyun barədə çox danışmağa lüzum görmürəm. Ciddi hazırlaşmışdıq. Düşünürdük ki, evdə daha yaxşı oynayacağıq”.

İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Neftçi” ilə oyundan sonra deyib.

Oyun 3:0 hesabı ilə “Neftçi”nin xeyrinə qurtarıb.

“İlk qola qədər komanda planlı oynayırdı. Sadəcə mövqe səhvindən buraxdığımız qol mənfi təsir etdi. Üç oyunumuz qalıb. Şans varsa, son ana qədər mübarizə aparacağıq.

Birinci hissənin sonlarında rəqibin belə rahat qol vuracağını gözləmirdik. Deyərdim ki, ikinci qoldan sonra oyunumuzda düşüş baş verdi. Bu da normaldır. Məğlub olmaq istəmirdik. 0:2 hesabından sonra geridönüş etmək çox çətin idi”, - Məmmədov əlavə edib.

“Karvan-Yevlax” 14 xalla turnir cədvəlində sonuncu yerdədir və 11-ci yerdəki “Qəbələ”dən 6 xal geri qalır.

İdman.Biz