“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan deməyəcəm, bu matça görə məndə həyəcan var idi”.
İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Karvan-Yevlax”la oyundan sonra deyib.
Oyun 3:0 hesabı ilə “Neftçi”nin xeyrinə qurtarıb.
“Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.
Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşür ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.
Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur”, - Vernidub əlavə edib.
“Neftçi” 50 xalla turnir cədvəlində dördüncü yerdədir və üçüncü yerdəki “Turan Tovuz”dan 6 xal geri qalır.
